Tac Mahal haqqında məlumat | Dünya memarlığının şah əsəri olan sevgi abidəsi

 

Dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal Hindistanın şimalında, Aqra şəhərində yerləşir. Hindistan deyildikdə bir çox insanın ağlına ilk gələn simvolik tikilidir. “Tac sarayı” mənasını verən abidə 73 metr hündürlüyü ilə dünya memarlığının görkəmli nümunələrindən hesab olunur.  Dünyanın ən çox ziyarət edilən tarixi binalarından biri olan Tac Mahal eşqin və əzəmətin simvoludur.

 

 “Dünyada insanlar ikiyə bölünür: Tac Mahalı görənlər və görməyənlər”. 

Edvard Lir (İngilis lordu)

 

Bu, doğrudan da o qədər gözəl, poetik bir binadır ki, onu görənləri öz bənzərsizliyi ilə heyran edir. O, 1983-cü ildən Hindistanda müsəlman incəsənətinin incisi və dünya irsinin universal şah əsərlərindən biri kimi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısındadır.

 

Tac Mahalın tarixi və hekayəsi

 Tac Mahal haqqında məlumat  | Dünya memarlığının şah əsəri olan sevgi abidəsi

1632-1653-cü illər arasında Uttar Pradeş bölgəsində inşa edilib. Böyük Moğol İmperiyasının hökmdarı Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın xatirəsini yaşatmaq üçün inşa etdirdiyi bu şah əsər dünyada sevgini simvolizə edən ən mühüm tikililərdən biridir. Şah Cahanın 14-cü övladının anası Mümtaz Mahal sonuncu övladının doğulması zamanı dünyasını dəyişib. Əsl adı Ərcümənd Banu Begüm olan Mümtaz Mahalın mənası “sarayınn seçilmiş” deməkdir.

 

2007-ci ildə dünya üzrə 100 milyon səslə dünyanın yeddi möcüzəsindən biri seçilən Tac Mahalın memarları Memar Sinanın tələbələri Mehmet İsa Əfəndi və Mehmet İsmail Əfəndidir. Ağ mərmərdən hazırlanmış dörd minarəsi var və zümrüd, yaqut, mirvari və almaz kimi bir çox qiymətli daşlarla bəzədilib.

 İkonik soğan formalı günbəz Osmanlı İmperiyasından gələnİsmayıl Əfəndi tərəfindən hazırlanmışdır.

Tac Mahalın tikintisində ümumilikdə 22 min insan və mindən çox fil çalışıb, Bu tikinti o dövr üçün 1 milyard dollara bərabər olan 32 milyon Hindistan rupisinə başa gəlib.

 

Tac Mahal haqqında geniş məlumat 

tac mahal


Tikintisi 22 il davam edən Tac Mahal böyük bağ, məscid, hovuz və məqbərədən ibarətdir. Dörd tərəfinin bir-birini mükəmməl şəkildə tamamladığı bina güzgüdəki görüntü kimi bir-birini əks etdirən simmetrik xüsusiyyətə malikdir. Bağı və bütün tikililəri ilə birlikdə 17 hektar ərazini əhatə edir.

 

Tac Mahalı əhatə edən bağ öz gözəlliyi ilə göz oxşayır. Peyzaj işləri hərtərəfli düşünülmüş və bütövlükdə dizayn edilmişdir. Tac Mahalın dörd minarəsi 3D effekti verir ki, bu da Moğol memarlığında bir ilk idi.

 

Tac Mahalın dizaynı günün müxtəlif vaxtlarında müxtəlif rəngləri əks etdirir. Ağ mərmərlər səhərlər çəhrayı, gündüzlər ağ, gecələr qızılı rəngə boyanır. 1983-cü ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilən bina ildə 4 milyon ziyarətçiyə ev sahibliyi edir.

 Tac Mahal haqqında məlumat  | Dünya memarlığının şah əsəri olan sevgi abidəsi

Şah Cahanın həyat yoldaşı Mümtaz Mahalın məqbərəsinin yerləşdiyi bölmədə Mümtaz Mahalı tərifləyən yazılar və onun üçün deyilmiş xoş arzular var. Dövrün əhəmiyyətli xəttatlarının imzası olan Yasin surəsi türbənin ən diqqət çəkən hissəsidir. Türbə hissəsinin interyerində ənənəvi dekorativ elementlərdən istifadə edilmişdir. Mümtaz Mahal və onun əri Şah Cahanın sarkofaqları dəfn kamerasının əsas hissəsində yuxarı mərtəbədə, faktiki sarkofaqlar isə aşağı mərtəbədə yerləşir.

 

Qəbir otağının cənub girişindən aşağı türbəyə aparan pilləkən uclu çəllək ilə əhatə olunub. Ziyarətçilər üçün əlçatmaz olan bu bölmənin düzbucaqlı tavanı tamamilə mərmərlə örtülmüşdür. Otağın mərkəzində yerləşən oxşar dizaynlı iki türbə müxtəlif motivlərlə bəzədilib.

 

Şah Cahanın öz məzarının qara mərmərdən olmasını istədiyi barədə müxtəlif iddialar olsa da, bununla bağlı heç bir sənəd tapılmayıb. Çox güman ki, bu əfsanələrin əsasını avropalı səyyah Jan-Batist Tavernyenin cəfəng yazıları təşkil edir.

 

Tac Mahalın mərmər quruluşunda 30-a yaxın qiymətli daşdan istifadə edilmişdir. Bu daşlar arasında firuzə Tibetdən, nefrit Çindən, binanın əsas materialı olan mərmər isə Racastandan gətirilib. Təəssüf ki, 1857-ci ildə Hindistan üsyanı zamanı bir çox qiymətli daşlar ingilislər tərəfindən yerindən çıxarıldı.19-cu əsrin sonlarında Hindistanın keçmiş qubernatoru Lord Kerzon məqbərənin bərpasına təşəbbüs göstərdi və bərpa işləri 1908-ci ildə başa çatdı.

Eşqdən ilhamlanarak tikilən bu bənərsiz sevgi abidəsi, bu gün də aşiqlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. 

 

 

0 şərh